Ombudsman: “Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”

Ombudsman: “Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”
Siyasət 43

“Azərbaycan bu gün də hərbi təxribatlardan əziyyət çəkir”.

BAKU.WS xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrinin Azərbaycan ərazilərindən hələ də çıxmaması, onların diversant qrupları tərəfindən baş vermiş təxribatlar regionda sülhün bərpa edilməsinə qarşı çox böyük təhlükədir.

Bundan başqa, Ombudsman bildirib ki, Ermənistanın hərbi təcavüzü ilə itkin düşmüş xeyli sayda Azərbaycan vətəndaşı var:

“Bütün sübutların olmasına baxmayaraq, Ermənistan Azərbaycan vətəndaşlarını girov saxlaması faktını inkar etməyə çalışır.

Ermənistan beynəlxalq hüququ kobud şəkildə pozur. Azərbaycan Ombudsmanı olaraq 44 gün davam etmiş müharibə dövründə əsirlər və girovlarla bağlı məsələni daim diqqətdə saxladım.

Erməni hərbi əsirlərlə görüşmüşəm, onlar qaldıqları şəraitdən məmnunluqlarını bildiriblər. Həmçinin saxlanma şəraitlərinə görə Azərbaycan dövlətinə minnətdarlıq ediblər”.

Oxşar xəbərlər

Son xəbərlər