Olimpiada təşkilatçıları "Sonuncu şam yeməyi"nin parodiyasına görə üzr istəyiblər

Paris 2024 Olimpiadasının açılış mərasimində transgenderlərin Leonardo da Vinçinin "Son Şam yeməyi"i əsərini parodiyasını əks etdirən səhnə göstərilib.
BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu, dünyanın bir çox ölkəsində tənqidlərə səbəb olub.
Xüsusilə, Parisin bu hərəkətini Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, amerikalı iş adamı İlon Mask və Macarıstanın baş naziri Viktor Orban mənfi qiymətləndirib.
Paris Olimpiya Oyunlarının Təşkilat Komitəsi və direktoru Tomas Jolli Oyunların açılış mərasimində müəyyən epizodlarla “heç bir dini qrupları” təhqir etmək istəməyib.
Bunu Oyunların Təşkilat Komitəsinin kommunikasiyalar üzrə direktoru Enn Dekamps deyib.
“Hər hansı bir dini qrupa hörmətsizlik göstərmək niyyəti açıq şəkildə yox idi. Əksinə, mən hesab edirəm ki, Tomas Jolly tolerant cəmiyyəti dəstəkləmək üçün çıxış etmək istəyirdi. Əgər insanlar nədənsə inciyiblərsə, əlbəttə ki, biz çox təəssüf edirik”, - deyə Enn Dekamps bildirib.
Qeyd edək ki, 2024 Olimpiya oyunları bu il Parisdə keçirilir.
Oxşar xəbərlər
Təyyarə parkından saat kolleksiyasına qədər... - İlon Maskın sahib olduğu ultra bahalı əşyalar
Amerikalı milyarder İlon Mask az adamın təsəvvür edə biləcəyi dəbdəbəli həyata sahibdir. BAKU.WS "Newtraderu.com"a istinadən planetin ən zəngin insanlarından bi...
