Oğurluq etdiyi ev sahibinə yalvardı - VİDEO

Oğurluq etdiyi ev sahibinə yalvardı - VİDEO
Video
Siyasət 806

Türkiyədə qeyri-adi oğurluq hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, İstanbul Sultanqazi ərazisində yerləşən binadakı evlərdən birinə oğru girib.

Həmin vaxt ev sahibi mənzildə olmayıb. Lakin daha sonra mənzilə qayıdanda naməlum şəxsin evə girdiyini görüb.

Oğru ev sahibinin gəldiyini görən kimi qaçmağa çalışıb. O, mənzilin eyvanı vasitəsilə qonşu evə keçmək istəsə də, bu alınmayıb.

Oğru binanın pəncərəsində asılı vəziyyətdə qalıb. Sonra o, bina sakinlərinə və evinə oğurluğa girdiyi Şefika Yeşilə onu xilas etmələri üçün yalvarıb.

Sonda ev sahibi onu xilas edib, lakin oğru aradan çıxmağa müvəffəq olub.

Hazırda polis oğrunun axtarışlarını davam etdirir.

Son xəbərlər