O Zelenskinin bir nömrəli düşmənidir
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putini özünün bir nömrəli düşməni hesab etdiyini deyib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə o, Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində bildirib.
"Onlar dövlət başçısını görürlər, siyasətçiləri, iqtisadi maqnatları görürlər. Ümid edirlər ki, hamını satın ala, ya da qorxuda bilərlər, amma mənim haqqımda bunun heç bir nəticə verməyəcəyini dəqiq bilirlər. Ona görə də belə bir təhlükə var. Hər şey çox sadədir”, - deyə dövlət başçısı bildirib.
O, həmçinin qeyd edib ki, rəsmi Kreml bütün ukraynalıların öz ölkəsini müdafiə edəcəyini və bu müharibənin ukraynalılar üçün Vətən müharibəsinə çevriləcəyini gözləmirdi.
"Sadəcə Putinin adamları Ukraynanı tanımır. Amma Ukrayna belədir. Ukrayna səninlə olanda özünü təhlükəsiz hiss edirsən. Bu, Qərbdə çoxlarının da öyrənməli olduğu bir qaydadır", - dövlət başçısı əlavə edib.
Oxşar xəbərlər
Zelenski ilə görüşən aktyor: "Həm ukraynalılar, həm də Zelenski üçün çox qorxuram" - FOTO
Amerikalı aktyor Şon Penn Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən danışıb. BAKU.WS xəbər verir ki, Ukraynadakı müharibədən film çəkmək istəyən Şon...