Nurit Qringer: “Azərbaycan çox haqsızlıqlar yaşayıb”
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan çox haqsızlıqlar yaşayıb və bunu düzəltmək lazımdır".
BAKU.WS xəbər verir ki, bu barədə “report”a Amerika-Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qringer bildirib.
“Mən Azərbaycanın 30 il ərzində yaşadığı ədalətsizliyi düzəltməyə çalışmaq niyyətindəyəm. Bərpa və tərəqqi görmək istəyirəm”, - o deyib və əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün çox güclü siyasi xətti var.
“Ümid edirəm ki, bu, davam edəcək və regionda sülhə gətirib çıxaracaq”, - Fond rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-da təsis etdiyi Fondun məqsədi Azərbaycanın mədəni irsini dünyada təbliğ etməkdir.
Xanım Qringer, həmçinin qeyd edib ki, bir yəhudi kimi onun üçün İran-Azərbaycan sərhədində, Cəbrayıl rayonunda olmaq xüsusi əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya iş adamları ilə görüşü olub - FOTO - YENİLƏNİB
Xəbər verildiyi kimi, martın 13-də Berlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. B...