“Instagram” layklarla bağlı yeniliyə başladı
15
noy
2019
13:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gündən etibarən postların altında laykların sayı “Instagram” istifadəçilərinə göstərilməyəcək.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, sınaq proqramı indi bütün ölkələrdə əlçatan olacaq, ancaq sosial şəbəkənin hesabları hansı prinsip üzrə seçəcəyi açıqlanmayıb. Yenilik həm şəkil, həm də videoları əhatə edir.Sosial şəbəkənin laykları ləğv etməyi nəzərdən keçirməsi bu ilin aprelində məlum olmuşdu. “Instagram” proqramının mütəxəssisləri istəyirlər ki, istifadəçilər laykların sayı haqqında deyil, postlar barədə düşünsünlər.Qeyd edək ki, iyulun 18-də “Instagram” sınaq rejimində postların altında laykların sayını gizlətmişdi. O zaman yenilik Avstraliya, Braziliya, İtaliya, İrlandiya, Yeni Zelandiya və Yaponiyada əlçatan idi.
Oxşar xəbərlər
“Facebook” şəxsi elektron ödəniş sistemini hazırlayıb
“Facebook” şirkəti yeni onlayn ödəniş xidmətini istifadəyə verməyə hazırlaşır.BAKU.WS “ICTnews”a istinadən xəbər verir ki, “Facebook Pay” adlandırılmış sistem “...