Nikolayevə endirilən raket zərbəsi zamanı ölən və yaralananların sayı açıqlanıb
30
mar
2022
09:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində ölən və yaralananların sayı məlum olub.
BAKU.WS-in UNİAN xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib.
Bildirilib ki, hadisə zamanı 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.
O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. "Hələlik: 34 yaralı, 12 ölü", - deyə Kim yazıb.
Oxşar xəbərlər
Nikolayev şəhərinin administrasiya binasına raket zərbəsi endirilib - FOTO
Rusiya Ordusu Ukraynanın Nikolayev vilayət administrasiyasının binasına raket zərbəsi endirib. BAKU.WS-in məlumatına görə, bu barədə Nikolayev vilayət administr...