Nihat Doğanın arvadı: "Bir neçə qadınla münasibəti olduğu üçün boşanıram" - FOTO

Nihat Doğanın arvadı: Bir neçə qadınla münasibəti olduğu üçün boşanıram - FOTO
Foto
Siyasət 199

Məşhur müğənni Nihat Doğan həyat yoldaşı Arzu Doğanla (Arezoo Gharlar) boşanır.

BAKU.WS xəbər verir ki, bu barədə Arzu Doğan sosial şəbəkə hesabında bildirib:

"Bəli dostlar, ayrılma səbəbimiz var. 4 illik bir münasibətimiz oldu. 2 il sevgili olduq. Ailə qurmaq istədik. Nihat Doğan həmişə uşaq istədi. Sonra evlənməyə qərar verdik. Nihatla evləndikdən sonra çox şeylər ortaya çıxmağa başladı. Hər şey tərsinə getdi. Ailə olmaq üçün özümü aldatmağa çalışırdım. Sonra bir şey oldu və araşdırmağa başladım. Həyat yoldaşımın teıefonunu alıb baxdım. Heç gözləmədiyim şeylər gördüm. Bir çox qadınla münasibəti var idi. Bundan sonra bu evliliyi bitirməyə qərar verdinm.

Xatırladaq ki, Nihat Doğan iki il əvvəl iranlı fanatı Arzu Doğanla (Arezoo Gharlar) evlənib. Cütlüyün 1.5 yaşında Badıkan adlı oğlu var.

Son xəbərlər