Nigar Arpadari: Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır
Yeniliklərdən dərhal xəbərdar olun
"Bakı İqlim Həftəsinin fəaliyyəti bir çağırışdır".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadari deyib.
O bildirib ki, biz siyasəti formalaşdıranlarla, alimlərlə, vətəndaş cəmiyyəti üzvləri ilə birgə səy həyata keçirəcəyik:
"Bu həftə ərzində biz müxtəlif maraqlı tərəflərə imkan yaradacağıq ki, əməkdaşlıqlar qursunlar. COP-29 çərçivəsində irəli sürüləcək təşəbbüslərlə BİFH dövründə tanış olacaqsınız. Bu sahədə ölkədaxili müzakirələri artırmaq üçün bu platforma çox yaxşıdır. Yaşıl keçidi həyata keçirməklə bərabər bunun inklüziv olmasını həyata keçirməliyik. Bu həftə çərçivəsində tərəfdaşlıqlar iqlim dəyişikliyi ilə bağlı fövqəl amala xidmət edəcək. Biz müzakirələrlə iqlim böhranının öhdəsindən necə gələcəyimizi qərarlaşdıraq".
Oxşar xəbərlər
Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə rəsmi "Instagram" hesabında paylaşım edib. BAKU.WS həmin paylaşımı təqdim e...