İngiltərə xəstəxanalarına kiberhücum - Əməliyyatlar təxirə salındı

İngiltərə xəstəxanalarına kiberhücum - Əməliyyatlar təxirə salındı
Siyasət 32

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) iyunun 4-də kiberhücuma məruz qaldıqlarını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bu, Londondakı bir çox xəstəxanaya təsir edib və xidmətləri dayandırılıb.

Kiberhücumla bağlı Böyük Britaniya Milli Səhiyyə Xidməti (NHS) deyib:

“Təsirlən ərazilərdə patoloji xidmətlərin imkanları azalsa da, ən təcili hallara üstünlük verilir. Təəssüf ki, Cənub-Şərqi Londondakı səhiyyə xidmətlərində demək olar ki, bütün təcili olmayan qan testləri təxirə salındı, bəzi təcili olmayan əməliyyatlar və prosedurlar, o cümlədən (qan) köçürülmələri təxirə salınmağa davam edir”.

Hücumun qan donorluğunda uyğunlaşma proseduruna təsir etdiyi və xəstə qeydlərini ehtiva edən əsas serverlərə qoşulmağın mümkün olmadığı bildirilib.

Son xəbərlər