İngilis mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazdı
İngiltərə mətbuatı məşhur türkiyəli iş adamı Acun İlıcalının sərvətindən yazıb.
"Haber Global"ın məlumatına görə, 2022-ci ildə çempionatın komandalarından olan “Hall Siti”ni satın almaqla İngiltərədə gündəmə gələn Acun İlıcalının sərvəti də İngiltərə mətbuatının diqqət mərkəzinə düşüb.
Müxbirlikdən media maqnatına çevrilən Acun İlıcalı şəxsi həyatı ilə yanaşı futbola olan marağı da medianın yaxından izlədiyi mövzulardan olub.
Bununla bağlı dərc olunan xəbərlərdə İlıcalının “ACUN MEDYA” şirkətinin 2022-ci ildə İngiltərənin “Hall Siti” futbol klubunu tam şəkildə misirli iş adamı Assem Allamdan satın aldığı barədə danışılıb.
Həmçinin 54 yaşlı Acun İlıcalının sərvətinin təxminən 100 milyon dollar məbləğində olduğu qeyd edilib.
“TV8”, “TV8,5” VƏ “EXXEN” şirkətlərinin də sahibi olan iş adamı eyni zamanda 8 ölkədə proqramlar hazırlayır.
Oxşar xəbərlər
Acun Ilıcalı açıqlaması ilə gündəmə gəldi: "Qənaət edirəm"
Türkiyənin tanınmış iş adamı Acun Ilıcalı qatıldığı proqramda təyyarənin xərcinin baha olması səbəbindən qənaət etdiyini bildirib. BAKU.WS Türkiyə mətbuatına is...