Netanyahu: Tramp İranla maraqlarımıza uyğun razılaşma üçün imkanın olduğuna əminlik ifadə edib

Netanyahu: Tramp İranla maraqlarımıza uyğun razılaşma üçün imkanın olduğuna əminlik ifadə edib
Siyasət 49

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı aparıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "The Times of Israel" Netanyahunun bəyanatına istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Amerika lideri ona müharibənin başa çatdırılması ilə bağlı İranla onların (ABŞ və İsrailin – red.) maraqlarına uyğun olan yeni sövdələşmə bağlamaq imkanının yarandığını bildirib.

"Tramp hesab edir ki, İsrail Müdafiə Qüvvələrinin və ABŞ Silahlı Qüvvələrinin böyük nailiyyətlərindən istifadə edərək vacib maraqlarımızı qoruyacaq bir saziş bağlamaqla müharibənin məqsədlərinə nail olmaq şansı var", - deyə o qeyd edib.

Eyni zamanda, Netanyahu vurğulayıb ki, İsrail dövlətin maraqlarını qoruyaraq İran və Livandakı hədəflərə zərbələr endirməyə davam edir.

"Biz raket və nüvə proqramlarını məhv edirik və "Hizbullah"a güclü zərbələr endirməkdə davam edirik. Cəmi bir neçə gün əvvəl daha iki nüvə alimini zərərsizləşdirdik və biz hələ də "nəbzimizi nəzarətdə saxlayırıq", - İsrailin Baş naziri vurğulayıb.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Son xəbərlər