“Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər”
Yeniliklərdən dərhal xəbərdar olun
Fevral ayında çatdırılma üçün bir barrel neftin qiyməti Nyu York birjasında 3,6% və ya 2,20 dollar artaraq 63,38 dollara yüksəlib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, neft bazarının analitiki Jozef Roçester neft bazarındakı dinamikanın İran generalının öldürülməsinin nəticəsi olduğunu deyib:
“Bu da geosiyasi gərginliyə və digər nəticələrə gətirib çıxara bilər və bu, açıq-aydın görünür. Əsas sual nəticələrin nə olacağıdır”.
CNN televiziya şirkəti qeyd edib ki, nüfuzlu İran generalının öldürülməsi Yaxın Şərqdə - əsas neft istehsal edən ölkələrin yerləşdiyi və enerji bazarının əsas yollarının keçdiyi ərazidə gərginliyi artıra bilər.
Oxşar xəbərlər
Neftin qiyməti ilə bağlı nikbin PROQNOZ
“Brent” markalı neftin qiyməti 2019-cu ilin ikinci rübündə bir barel üçün 90 dollaradək çata bilər.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bu barədə “Bank of...