“İndiyə kimi bunu niyə demirdiniz?” - Spiker deputata irad tutdu
Yeniliklərdən dərhal xəbərdar olun
Deputat Aydın Mirzəzadə parlamentdə gündəliyə əlavələr üçün ayrılan vaxtın yarım saatdan bir saata qaldırılmasını təklif edib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, deputat bildirib ki, gündəliyin müzakirəsi üçün ayrılan yarım saat müddət azdır:
“Bizim dövlətimizlə bağlı deyəcəyimiz sözümüz var. 40-a yaxın yeni deputat var. Onlar, bəlkə, çıxış etmək istəyir. Ancaq yenidirlər deyə, texniki imkanlardan hələ tam yararlana bilmirlər”.
Spiker Sahibə Qafarova isə deputata cavab olaraq bildirib ki, yarım saat ayrılmış vaxt 30 ildir ki, mövcuddur: “Aydın müəllim, indiyə kimi bunu niyə demirdiniz? Heç kim deyə bilməz ki, kiməsə danışmağa imkan verməmişəm. Elə olub ki, müddət 55 dəqiqəyə də qalxıb. Təklifinizi nəzərə alarıq, sadəcə mənə maraqlıdır ki, bunu niyə indiyə kimi deməmişdiniz?”
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...