NBC: Netanyahunu girov mübadiləsinə razılıq verməyə Bayden inandırıb
24
noy
2023
22:07
ABŞ Prezidenti Cozef Bayden İsrailin Baş naziri Binyamin Netanyahunu fələstinlilərlə girovların dəyişdirilməsi ilə bağlı razılaşmaya razı salıb.
“Report” xəbər verir ki, bu barədə NBC telekanalı İsrail hökumətinin rəsmisinə istinadən məlumat yayıb.
Rəsminin sözlərinə görə, “bir neçə gün öncə Bayden beş günlük fasilə də daxil olmaqla yekun razılaşma ilə gəldi, Netanyahu isə dörd günlük fasilə elan etdi”.
“Bu, Netanyahunun deyil, Baydenin razılaşması idi”, – o qeyd edib.
Oxşar xəbərlər
İsrail HƏMAS arasında atəşkəs elan edilir, girovların azad olunmasına başlanılır
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilir. "Report" xəbər verir ki, bu barədə “Al Shark” qəzeti məlumat yayıb. Bildirilir ki, atəşkəs beş g...