Nazirlik: “Vətəndaşlar ilkin mərhələdə bir dəfə Şuşaya, bir dəfə Ağdama gedə biləcək”

Nazirlik: “Vətəndaşlar ilkin mərhələdə bir dəfə Şuşaya, bir dəfə Ağdama gedə biləcək”
Siyasət 77

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işğaldan azad edilmiş ərazilərə təşkil ediləcək müntəzəm avtobus səfərləri ilə bağlı məsələyə aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qurum bəyan edib ki, ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin sayının və tələbatın çox olacağı gözlənildiyindən vətəndaşlara hər istiqamət üzrə bir dəfə, yəni bir dəfə Şuşaya, bir dəfə Ağdama səfər etmək imkanı yaradılır.

Burada məqsəd bütün vətəndaşlar üçün bərabər və ədalətli şəraitin yaradılmasıdır. Real tələbat pik həddini keçdikdən və müvafiq qiymətləndirilmələr aparıldıqdan sonra bu məhdudiyyətlər dərhal aradan qaldırılacaq.

Son xəbərlər