Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib
Nazirlər Kabineti ölkə Prezidentinin "2025–2028-ci illər üçün süni intellekt Strategiyası"nın təsdiq edilməsi haqqında" 19 mart 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti və aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Strategiyanın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.1.1-ci yarımbəndinin icrası ilə bağlı təkliflərini 2026-cı il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, Ədliyyə Nazirliyi İqtisadiyyat Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə Tədbirlər Planının 8.1.3-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməli, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə Tədbirlər Planının 8.1.4-cü yarımbəndinin icrası ilə bağlı təkliflərini 2027-ci il iyulun 1-nə qədər Nazirlər Kabinetinə təqdim etməlidir.
Oxşar xəbərlər
Paşinyanın anti-Rusiya mövqeyinin pərdəaraxsı - Moskva onu qoruyur, yoxsa?
"Nikol Paşinyanın atdığı addımlar anti-Rusiya mövqeyindədir". Bunu Baku TV-nin "Aktual Gündəm" verilişində politoloq Məhəmməd Əsədullazadə deyib. "Ümumiyyətlə,...