Nazir oğlu Azərbaycan Qran-prisindən danışdı: "Dotasiyalar olmasa, "Formula-1"dən zərər edərik"
13
fev
2018
14:13
"Dövlətin dotasiyaları olmasa, "Formula-1"in təşkilində maddi baxımdan zərər etmiş olarıq".BAKU.WS-in “Report”a istinadla məlumatına görə, bunu "Formula-1" üzrə Azərbaycan Qran-prisinin promoteri Arif Rəhimov Heydər Əliyev Mərkəzində "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" mövzusunda təşkil olunmuş konfransdakı çıxışında deyib.A.Rəhimov bildirib ki, bu cür treklər çox bahalıdır: "Gəlirin olmasını təmin etmək çox çətindir. Lakin bu yarışa sırf maddi qazanc prizmasından baxmamalıyıq. Digər məsələləri - insan resursları, brendin tanıtımı, mediadakı təbliğat və s. nəzərə alsaq, dövlət olaraq "Formula-1"in təşkilindən qazanclıyıq".BAKU.WS
Oxşar xəbərlər
Bakıdakı Formula-1-in xərclərini kim ödəyir?
Gənclər və idman naziri Azad Rəhimov Formula-1 yarışlarına Azərbaycanın nə qədər pul xərclədiyini açıqlayıb.BAKU.WS-in məlumatına görə, nazir bildirib ki, Azərb...