Nazir müavini: "Azad edilən ərazilərdə DOST filiallarının yaradılması istiqamətində işlərə başlanılıb"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azad edilən ərazilərin bərpa quruculuq işlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi yeri olacaq. Həmin ərazilərdə mütləq şəkildə sosial infrastruktur olmalıdır".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azad edilən ərazilərdə ilk növbədə sosial infrastrukturun qurulması, peşə hazırlığı mərkəzlərinin yaradılması təmin ediləcək: "DOST filiallarının Qarabağda yaradılması ümdə məsələlərdəndir. Bu istiqamətdə işlərə başlanılıb. Həmin ərazilərdə məşğulluğun təmin edilməsi, kiçik bizneslərin yaradılması üçün layihələr həyata keçiriləcək".
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...