Nazir: “Azərbaycanda əlverişli investisiya mühiti Tatarıstan sahibkarları üçün geniş perspektiv vəd edir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycanda yaradılmış əlverişli investisiya mühiti, xarici investorlar, o cümlədən Tatarıstan sahibkarları üçün geniş perspektiv vəd edir”.
“Report” xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov tatarların milli bayramı “Sabantuy 2023” tədbirində deyib.
Nazir bildirib ki, işğaldan azad olunmuş Azərbaycan ərazilərinin bərpasında Rusiya şirkətləri də fəal iştirak edir:
“Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstanın Rəisi Rüstəm Minnixanovun iştirakı ilə“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı da tərəfdaşlığımızın göstəricilərindəndir”.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti və Tatarıstan Rəisi Cəbrayılda “Avto Lizinq Azərbaycan” MMC-nin açılışında iştirak ediblər - FOTO - YENİLƏNİB
İyunun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixa...