Nazir: "Ağdam-Xankəndi yolundan istifadə etməklə Qarabağın erməni sakinlərinə yardım göstərilə bilər"
Yeniliklərdən dərhal xəbərdar olun
Xarici işlər naziri Ceyhun Bayramov iyunun 24-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiç ilə görüşü zamanı Qarabağın erməni sakinlərinə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərilməsi imkanları müzakirə olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, görüşdə BQXK vasitəsilə erməni sakinlərin tibbi məqsədlər üçün sərhəd məntəqəsindən keçidinə və zəruri tibbi ləvazimatların təchizatına imkan yaratmağa Azərbaycan tərəfinin hazır olduğu bildirilib.
Mövcud vəziyyətlə əlaqədar, erməni sakinlərin digər tədarük ehtiyaclarına gəldikdə, Azərbaycan tərəfinin BQXK vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə yardım göstərmək imkanının mövcud olduğu qeyd edilib.
Oxşar xəbərlər
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib - FOTO - YENİLƏNİB
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. BAKU.WS report-a istinad...