Nazir Abid Şərifovun qardaşı oğlunu işdən çıxardı
"Şəki Dövlət Regional Kolleci" Publik Hüquqi Şəxsin direktoru vəzifəsindən azad edilib.
BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Sərdar Ənvər oğlu Şərifov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Bu ilin aprel ayında Şəki Dövlət Regional Kollecinin tədris işləri üzrə direktor müavini təyin olunan Günel Mustafayeva direktor əvəzi təyin edilib.
Qeyd edək ki, 2020-ci ildə Şəki Pedaqoji Kolleci, Şəki Musiqi Kolleci və Şəki Dövlət Texniki Kollecinin birləşdirilməsi nəticəsində Şəki Dövlət Regional Kolleci yaradılıb. Həmin ildən kollecin direktoru vəzifəsində çalışan Sərdar Şərifov baş nazirin sabiq müavini Abid Şərifovun qardaşı oğludur.
Oxşar xəbərlər
Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib
"The Guardian" qəzetində dərc edilmiş qərəzli məqalə ilə bağlı Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ün...