Naxçıvana yanacaq daşınmasına subsidiya veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Tarif Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli Qərarı ilə ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirilmişdir. Nəticədə, istehsalçı tarifindən yanacağın hər tonuna görə hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş vermişdir.
BAKU.WS xəbər verir ki, həmin azalmanın kompensasiya edilməsi məqsədilə, “Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 35 nömrəli Qərarında dəyişiklik edilmişdir.
Həmçinin, növbəti ildən etibarən, yanacağın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəyyən etdiyi satış məntəqələrindən daşıyıcılar tərəfindən Naxçıvan Muxtar Respublikasına daşınmasına “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş təchizat tarifinin yuxarı həddindən artıq çəkilən xərclərin qarşılanması dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə ayrılan dotasiyanın tərkibində nəzərdə tutularaq həmin vəsaitdən ödənəcək. Cari ildə bu məqsədlə dövlət büdcəsinin ehtiyat fondundan 5 milyon manat vəsait ayrılmışdır.
Oxşar xəbərlər
Prezident bu şəxsləri əfv etdi - SƏRƏNCAM
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncamda deyilir: 1. Azadlıqdan m...