Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumu azaldılıb
07
okt
2019
20:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvan Muxtar Respublikasına səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılıb.BAKU.WS Azərbaycan Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinə istinadən verdiyi xəbərə görə, Culfa, Şahtaxtı, Sədərək sərhəd keçid məntəqələrində, Naxçıvan dəmiryolu stansiyası və Naxçıvan Beynəlxalq hava limanında İran vətəndaşları üçün 15 gün müddətli birdəfəlik viza rüsumunun məbləği 5 avroya (9.34 manat) endirilib.Qərar artıq qüvvəyə minib.Qeyd edək ki, bundan əvvəl İran vətəndaşları 15 gün müddətli 10 avro rüsumlu birdəfəlik giriş icazəsi alaraq muxtar respublika ərazisinə daxil ola bilirdilər.
Oxşar xəbərlər
Türkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklər
Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üç...