Türkiyə vətəndaşları Azərbaycana bu gündən vizasız gələ biləcəklər
01
sen
2019
12:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 1-dən etibarən Azərbaycan Respublikasına 30 günədək müddətə səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilib.BAKU.WS xəbər verir ki, Azərbaycan ərazisinə 30 gündən artıq qalmaq istəyən Türkiyə Respublikası vətəndaşlarının statusu Azərbaycan Respublikasının müvafiq qanunları ilə tənzimlənir.Qeyd edək ki, iyul ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb. Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfələrdəndir.
Oxşar xəbərlər
Azərbaycan sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək
Azərbaycan sabahdan Türkiyə vətəndaşları üçün viza rejimini ləğv edəcək.BAKU.WS "report"a istinadən xəbər verir ki, bununla bağlı qərar sentyabrın 1-dən qüvvəyə...