NATO xüsusi nümayəndəsi Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsinə münasibət bildirdi
Yeniliklərdən dərhal xəbərdar olun
“Bölgədə təhlükəsizliklə bağlı vəziyyət əsaslı şəkildə dəyişib”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın Birinci kanalına müsahibəsində deyib.
O, Gürcüstana Azərbaycanla Ermənistan arasında əldə olunmuş humanitar razılaşmada oynadığı çox mühüm rola görə minnətdarlıq bildirib: “Bu, Gürcüstanın regional təhlükəsizliyə verdiyi töhfənin nə qədər önəmli olduğunu göstərdi”.
NATO rəsmisi qeyd edib ki, Qarabağ müharibəsindən sonra Gürcüstan ətrafında Rusiya hərbi qüvvələrinin sayı artıb. “Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var. Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
Qeyd edək ki, C.Appaturay Gürcüstanda səfərdədir.
Oxşar xəbərlər
İtaliyanın Neapol Şəhər Şurası yekdilliklə Azərbaycana dəstək sənədi qəbul edib
Bakı şəhəri ilə qardaşlaşma əlaqlərinə malik olan İtaliyanın Neapol şəhərindən Azərbaycana münasibətdə dostluğun bariz nümunəsi olan növbəti addım atılıb. Neapo...