NATO-nun nümayəndə heyəti Bakıda görüşlər keçirir - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
NATO-nun Müdafiə təhsilinin genişlənməsi proqramı (DEEP) çərçivəsində Azərbaycan üzrə koordinatorlar və NATO-nun müxtəlif təhsil ekspertləri ilə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində işçi görüşü keçirilir.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Görüş zamanı hərbi təhsil sisteminin və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə qazanılan təcrübə üzrə müxtəlif brifinqlər təqdim olunub.
NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib və növbəti il üçün fəaliyyət planının istiqamətləri müəyyənləşdirilib.İşçi görüşləri dekabrın 16-dək davam edəcək.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...