NATO baş katibi Azərbaycana TƏŞƏKKÜR ETDİ

NATO baş katibi Azərbaycana TƏŞƏKKÜR ETDİ
Siyasət 389

Son günlər Əfqanıstanda baş verən hadisələr ilə bağlı keçirilən NATO toplantısından sonra baş katib Yens Stoltenberq mətbuat konfransı keçirib.

BAKU.WS "Haberler.com"a istinadən xəbər verir ki, baş katib "Taliban"la diplomatik əlaqələrin qurulub-qurulmayacağının onların rəftarından aslı olacağını bildirib.

"Dünyanın gözü Əfqanıstandadır. 24 saat davamlı təxliyələr üçün çalışırıq. Türkiyə açar rolu oynayır. Xüsusilə Türkiyə, ABŞ və İngiltərəyə təşəkkür edirəm. Azərbaycana da hava limanının təhlükəsizliyinə dəstəyindən ötrü minnətdarıq", - deyə Yens Stoltenberq vurğulayıb.

Son xəbərlər