Natiq Həsənov nazir müavini TƏYİN EDİLDİ
Natiq Namiq oğlu Həsənov maliyyə nazirinin yeni müavini təyin olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Bu təyinatadək N.Həsənov Maliyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Natiq Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib. Azərbaycan Dövlət İqtisad Universitetində magistr təhsilini başa vurub.
2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində Sahibkarlıq fəaliyyətinin dövlət tənzimlənməsi sektorunun məsləhətçisi kimi fəaliyyət göstərib.
2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri vəzifəsində çalışıb.
2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini, 2018-ci ildən 2025-ci ilədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini icra edib.
Bir sıra xarici ölkələrdə müxtəlif təlim, seminar və kursların iştirakçısı olub, eləcə də, ölkədə keçirilmiş bir sıra beynəlxalq tədbirlərin təşkilati işlərində iştirak edib.
Azərbaycan Prezidentinin Sərəncamı ilə 2019-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub. İngilis, rus dillərini bilir. Ailəlidir, üç övladı var.
Oxşar xəbərlər
Anar İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib
Anar Camal oğlu İsgəndərov "Şöhrət" ordeni ilə təltif edilib. BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb. Orden Anar İsgəndərov...