“NASA” açıqladı - Potensial təhlükəli asteroidlər Yerə yaxınlaşır
“NASA” potensial təhlükəli göy cisimləri qrupuna daxil olan üç asteroidin Yer kürəsinə yaxınlaşdığını bəyan edib.
BAKU.WS “Report”a istinadla xəbər verir ki, kosmik daşlar 25 dekabrda təhlükəsiz şəkildə planetin yanından keçəcəklər. Bunlardan ən böyüyü, diametri təxminən 200 metr olduğu təxmin edilən asteroid Yer kürəsindən 3 min kilometr uzaqlıdan keçəcək.
501647 (2014 SD224) adlanan asteroid son dəfə 2020-ci ilin yanvarında Yer kürəsinə yaxınlaşıb. Növbəti dəfə isə 2021-ci ilin dekabrında bizim planetin yanından keçəcək.
Qeyd edək ki, potensial təhlükə sayılan obyektlər Yer kürəsindən 6-7 min kilometr uzaqlıdan keçən və sahəsi 140 metr olan obyektlər hesab edilir.
Oxşar xəbərlər
Asteroid Yerə yaxınlaşır - NASA-dan xəbərdarlıq
ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) diametri 84-190 metr arasında olan bir asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib. BAKU.WS APA-ya is...