"Narkotik kraliçası" manikürə gedərkən güllələndi
Yeniliklərdən dərhal xəbərdar olun
Çilili "Tik-Tok" fenomeni Sabrina Duran həbsdən çıxdıqdan sonra dırnaq salonuna gedərkən güllələnib.
BAKU.WS xəbər verir ki, bu barədə "Elperiodico" qəzeti yazır.
Mərhum sosial şəbəkələrdə özünü kriminal aləmdə "narkotik kraliçası" kimi təqdim edib, avtomobil oğurluğu, narkotik alveri ilə məşğul olub.
Məlumata görə, qətl oktyabrın 24-də səhər saatlarında ölkənin paytaxtı Santyaqonun kənarında baş verib.
Naməlum maskalı şəxslər qıza səkkiz dəfə atəş açıb, sonra isə maşınına minib qaçıblar.
Daha sonra bu avtomobilin yanmış vəziyyətdə olduğu aşkarlanıb.
Qeyd olunur ki, Duran 2022-ci ildə həbs edilib və yerli mafiya təşkil etməkdə günahlandırılıb. Narkotik ticarətinə görə o, üç il müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
“Tik Tok”da alış-veriş etmək mümkün olacaq
“Tik Tok” sosial şəbəkəsində məhsulların alınması və satışı üçün test funksiya işə salınıb. Belə ki, Pekində yerləşən şirkət ABŞ-ın bir neçə iri müəssisəsinə öz...