Nardaran hadisələrinə görə həbs edilənlərin bir qrupu vaxtından əvvəl azadlığa buraxılıb
11
sen
2017
15:12
Nardaran hadisələrinə görə həbs edilmiş şəxslərin bir qrupu azadlığa buraxılıb. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı məhkəmə tərəfindən qərar qəbul edilib. Qərara əsasən, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı saxlanılan 14 nəfər vaxtından əvvəl azadlığa buraxılıb. Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı 2 polis əməkdaşı, 4 kənd sakini ölüb, bir neçə nəfər yaralanıb. Əməliyyat nəticəsində yüzdən çox adam saxlanılıb. Onların bir hissəsi azadlığa buraxılıb, bəzilərinin isə barəsində məhkəmə hökmü çıxarılıb. BAKU.WS
Oxşar xəbərlər
"Aztelekom" MMC-nin 4,5 milyon mənimsəməkdə təqsirli bilinən sabiq baş direktoru azadlığa buraxılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədova hökm oxunub. "Report"un xəbərin...