Namibiyada dabaq xəstəliyi kəskin artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Namibiyanın şimal-şərqində dabaq xəstəliyinin kəskin artımı qeydə alınıb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi ölkənin baş baytar həkimi Albertina Şilonqoya istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bütün Zambezi rayonunun ərazisi infeksiya zonası elan edilib. Orada cütdırnaqlı heyvanların hərəkətinə müvəqqəti qadağa tətbiq edilib. A.Şilonqo gələn həftə mal-qaranın peyvəndlənməsinı başlanacağını açıqlayıb.
Dabaq xəstəliyi iri və xırdabuynuzlu mal-qara, camış, at və donuzlara təsir edən kəskin yoluxucu xəstəlikdir. Hərarətin yüksəlməsi və ağız boşluğunun selikli qişasının, yelin və ətrafların dərisinin aftoz zədələnməsi ilə xarakterizə olunur.
Oxşar xəbərlər
Bu ölkələrdə uşaqlar az tanınan virusa yoluxmağa başlayıblar
Amerika Birləşmiş Ştatları, İsveçrə, Böyük Britaniya və Yaponiyada həkimlər uşaqlar arasında tənəffüs yolu xəstəliklərinə səbəb olan, az tanınan respirator-sins...