Muxtar Babayev: "Sabahımızın xilası üçün bu gün sərmayə yatırmalıyıq"
"Sabahımızın xilası üçün bu gün sərmayə yatırmalıyıq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu COP29-un prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) açılış mərasimində çıxışı zamanı qeyd edib.
O bildirib ki, iqlim planının tərtib edilməsi və ehtiyacımız olan maliyyəni təmin etmək vacib amildir:
"Bu iki sütun bir-birini gücləndirir. Çünki biz iqlim maliyyəsini səfərbər etməklə yüksək ambisiyalara yol açırıq, bu ambisiyalar isə daha böyük maliyyə öhdəliklərinə imkan yaradır. Bizim əsas prioritetimiz iqlim maliyyəsi üzrə ədalətli bir razılaşma əldə etməkdir. Hansı ki, bu maliyyə problemin miqyasına uyğun olmalı, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını əhatə etməlidir".
M.Babayev vurğulayıb ki, 12 gün ərzində danışıqlar aparılacaq:
"Problemlər təcili həll edilməli, çox iş görülməlidir. 12 gün ərzində danışıqlar çətin olacaq, lakin fikir ayrılıqları aradan qaldırılmalıdır. Rəqəmlər böyük səslənə bilər, amma hərəkətsizliyin dəyəri ilə müqayisədə elə də böyük deyil. Biz sabahımızı xilas etmək istəyiriksə, bu günə sərmayə yatırmalıyıq. Siyasi və maliyyə məhdudiyyətləri başadüşüləndir, lakin bu investisiyalar özünü doğruldacaq".
COP29-un prezidenti indi qarşıya qoyulan məqsədlərə hazır olduğumuzu nümayiş etdirməyin zamanı olduğunu söyləyib:
"Unutmayaq ki, xilas etdiyimiz hər həyat bir qələbədir və bizi gözləyir, izləyirlər. Afrika, Asiya, Avropa, Sakit okean, Karib dənizi gözləyir. Onlar bizim liderlik nümayiş etdirməyimizi gözləyirlər. Yaşıl dünya üçün gəlin birlikdə irəliləyək və işə başlayaq".
Oxşar xəbərlər
Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
"Politico"nun Avropa nəşrində "Azərbaycanın Avropaya qaz qambiti - Rusiya üçün yaxşı xəbərdir" dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Bu bar...