Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb
31
yan
2024
22:10
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Görüşdə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eyni zamanda qlobal iqlim dəyişikliyinin mənfi təsirləri və bu istiqamətdə kollektiv əməkdaşlığın qurulmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
COP29 Azərbaycanın iqtisadi imkanlarını daha yaxından təqdim etməyə şərait yaradacaq - AÇIQLAMA
Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi Konfransları BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində hər il keçir...