Mustafa Dənizlinin qızı Çeşmənin yeni bələdiyyə başçısı oldu - FOTO

Məşhur türkiyəli məşqçi Mustafa Dənizlinin qızı Lal Dənizli Çeşmənin yeni bələdiyyə sədri seçilib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qutuların 99,24 faizinin açıldığı bölgədə CHP-nin İzmir Çeşme Bələdiyyə Başçı namizədi olaraq irəli sürdüyü Lâl Dənizli seçkidə yüzdə 53,69 səslə qalib gəlib.
Dənizlinin ən yaxın rəqibi MHP-dən Esat Tanık isə 34,38 faizlə qalıb.
Lal Dənizli 1991-ci ildə anadan olub. O, "Qalatasaray" və "Beşiktaş"ın, eləcə də Türkiyə Milli Futbol Komandasının baş məşqçisi Mustafa Dənizlinin qızıdır. Pierre Loti Fransız Liseyini bitirdikdən sonra İstanbul Bilgi Universitetinin Siyasi Elmlər Fakültəsini başa vurub. Daha sonra Beynəlxalq Münasibətlər üzrə magistratura pilləsinə yüksəlib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə seçkilərdə səslərin 99 faizdən çoxu hesablanıb - YENİLƏNİB - 2
Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərə verilən səslərin 99 faizdən çoxu hesablanıb. "Report" xəbər verir ki, ölkə üzrə sandıqların 99,37 fai...
