Musiqiçi evində əl-ayağı, ağzı bağlı halda ölü tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə həvəskar musiqiçi və mühəndis-mexanik işləyən 40 yaşlı Çınar Ersanlı evində əlləri, ayaqları və ağzı bağlı öldürülmüş halda tapılıb.
BAKU.WS habertürk-ə istinadən xəbər verir ki, hadisə saat 23:00 radələrində Fənərbaxça rayonu, Saldıray küçəsində yerləşən 15 mərtəbəli binanın 2-ci mərtəbəsində baş verib.
İddiaya görə, mexanik mühəndisi və eyni zamanda həvəskar musiqiçi olan Çınar Ersanlıdan xəbər ala bilməyən qohumları mənzilin qapısını döyüblər. Qapı açılmayandan sonra çilingərin köməyi ilə içəri daxil olan yaxınları Ersanlını qonaq otağında əl-ayağı və ağzı bağlı vəziyyətdə hərəkətsiz halda görüblər.
Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları Ersanlının öldüyünü müəyyən edib. Ersanlının cansız bədəni hadisə yerində aparılan müayinələrdən sonra ölümünün dəqiq səbəbinin müəyyən edilməsi üçün Ədliyyə Tibb Təşkilatının morquna aparılıb.
Hadisəni izah edən məhəllə sakinləri bildiriblər ki, "İki şübhəli gördük. Düşündük ki, oğrudurlar. Mesaj göndərdilər. Ondan sonra içəri girdilər. Bir daha çölə çıxmadılar.”
Qeyd edək ki, Ersanlının cənazəsi İzmirdə torpağa tapşırılıb.
Oxşar xəbərlər
İstanbulda gecə klubunda yanğın: Ölü sayı 27-yə çatdı - VİDEO - YENİLƏNİB
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda baş verən dəhşətli yanğında ölü sayı 27-yə yüksəlib. BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir....