Müharibə səbəbindən işini itirən ukraynalılara bu qədər pul ödəniləcək
Rusiyanın işğalı nəticəsində işini itirən ukraynalılara 6500 qrivna (371 AZN) ödəniləcək.
BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomesajında bildirib. Ödənişlər heç bir şərt olmadan həyata keçiriləcək.
"Müharibə nəticəsində yandırılan dövlətimizin bütün bölgələrində yaşayan ukraynalılar lazım olan hər şeyi bizdən alacaqlar. Dövlətimiz artıq müharibə səbəbindən işləmək imkanını itirmiş bütün ukraynalılara xüsusi yardım proqramı hazırlayıb. Rusiyaya görə işləmək imkanını itirən hər bir Ukrayna vətəndaşı heç bir şərt olmadan 6500 qrivna alacaq", - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə danışıqlar üçün ilkin şərti açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Zelenski bildirib ki, Moskva...