Müğənniyə bənzəmək üçün 12 dəfə estetik etdirən aktyor öldü - FOTO

Müğənniyə bənzəmək üçün 12 dəfə estetik etdirən aktyor öldü - FOTO
Siyasət 198

Bəzən aktyorlar çəkildikləri rollar üçün xarici görünüşlərində müəyyən dəyişikliklər edirlər. Onlar rol üçün ya artıq çəki alırlar, ya da arıqlayırlar. Bir çox Hollivud ulduzu belə obrazları canlandıraraq prestijli mükafatlar da alıblar.

BAKU.WS xəbər verir ki, rolu üçün xarici görünüşündə dəyişiklik edənlərdən biri də aktyor Seynt von Coluccidir. O, filmdə məşhur K-pop qrupu BTS-in üzvü Jimini canlandırmaq üçün plastik əməliyyatlar etdirib. 220 min dollar xərc çəkərən aktyor Jiminə bənzəməyə çalışıb.

12 dəfə bıçaq altına yatan Seynt von Colucci çənə implantı əməliyyatı zamanı xəstəxanada həyatını itirib. Buna səbəb onun çənəsinə taxılan implantlardan infeskiya keçməsi olub.

Bu barədə mətbuata aktyorun meneceri Erik Bleyk məlumat verib. O, 22 yaşlı aktyorun noyabrda çənəsinə taxılan implantın çıxarılarkən vəfat etdiyini bildirib.

Son xəbərlər