Müdafiə Sənayesi Nazirliyində kadr dəyişikliyi olub
Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin direktoru Qabil Eyyubov vəzifəsindən azad edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Soltan Qasımova həvalə olunub.
O, yaxın aylara qədər nazirliyə məxsus "Radioquraşdırma Zavodu" MMC-nin direktoru olub.
Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" ölkə Prezidentinin 27 sentyabr 2006-cı il tarixli fərmanı əsasında yaradılıb. İdarənin fəaliyyəti əsasən nazirliyin və onun tabeliyində olan müəssisələrin fəaliyyətlərinin həyata keçirməsini təmin etmək üçün avadanlıq, dəstləşdirici hissələrin və mal-material dəyərlərinin təchizatı ilə bağlı işlər və digər xidmətlərin təşkilindən ibarətdir.
Oxşar xəbərlər
Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlığın daha da gücləndirilməsi müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının rəsmi şəxsləri i...