Müdafiə Nazirliyindən yalan məlumat yayanlara XƏBƏRDARLIQ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Ermənistan tərəfindən kütləvi şəkildə feyk xəbərlər, yalan məlumatlar, foto, video materiallar dərc olunur".
BAKU.WS xəbər verir ki, bu sözləri Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib:
"Bu baxımdan ictimaiyyətə və xüsusilə sosial media şəbəkələrinə yalnız Müdafiə Nazirliyinin rəsmi məlumatlarına istinad etməyə və qarşı tərəfin dezinformasiyalarını tirajlamamağa çağırırıq. Ermənistan tərəfindən müxtəlif dezinformasiyalarla Azərbaycan Ordusu tərəfindən guya mülki obyektlərə, yaşayış evlərinə, mülki şəxslərə qarşı atəş açılması barədə məlumatlar verilir. Xatırlatmaq istəyirəm ki, Azərbaycan Ordusu ən müasir, dəqiq silahlardan istifadə edir və təbii ki, Beynəlxalq Humanitar norma və prinsiplərinə uyğun olaraq yalnız düşmənin legitim hərbi obyektlərini hədəfə alır", - deyə A.Eyvazov bildirib.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...