Müdafiə Nazirliyində vətəndaş qəbulu dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi tərəfindən vətəndaşların qəbulu və qeydiyyatı müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirilməyə başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən BAKU.WS-ə məlumat verilib.
Müraciətlərin fasiləsiz qəbulu və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların Müdafiə Nazirliyinin pressmd@mod.gov.az, dti@mod.gov.az elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.
Oxşar xəbərlər
Əmlak Məsələləri Dövlət Komitəsində geniş müşavirə keçirilib (FOTO)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2019-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib. BA...