Müdafiə Nazirliyi: Düşmənin 100-ə qədər canlı qüvvəsi, hərbi texnikaları məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
“İyulun 13-dən 14-nə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.
K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar.
Oxşar xəbərlər
Prezident: Bu gün Azərbaycanın mövqeləri kifayət qədər güclüdür
Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesində Azərbaycanın mövqeləri kifayət qədər güclüdür.Dövlətimizin başçısı qeyd edib: “Hörmətli şəh...