Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.
Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.
Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...