MİT PKK-nın rəhbərlərindən birini məhv edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın şimalında Kamışlı bölgəsində əməliyyat keçirib, PKK-nın "rəhbər şəxsi" məhv edilib.
BAKU.WS bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının asayiş məsələləri üzrə "rəhbər şəxsi" Müzdelif Taşkın zərərsizləşdirilib.
Onun 2007-ci ildə baş tutan Dağlıca hücumunun iştirakçısı olduğu vurğulanıb.
Terrorçunun kod adının "Aslan Çele/Aslan Samura" olduğu bildirilib.
Taşkının təxminən 35 il ərzində çox sayda aksiya təşkil etdiyi və şəxsən iştirak etdiyi müəyyən edilib.
Oxşar xəbərlər
PKK-nın rəhbərlərindən biri məhv edildi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Suriyanın Rumeylan bölgəsində antiterror əməliyyatı keçirib. BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, PKK/YPG terror...