MSK seçki subyektləri ilə bağlı materialları araşdırılmaq üçün Baş Prokurorluğa göndərəcək
Mərkəzi Seçki Komissiyasında (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı daxil olan növbəti müraciətlərə baxılıb.
Müraciətləri MSK-nın və Ekspert qrupunun üzvləri Fuad Cavadov, Qabil Orucov, Baxşeyiş Əsgərov təqdim ediblər.
Qeyd olunub ki, müraciətlərdən biri 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsinin 24, 52 və 53 saylı seçki məntəqələri (Rəhimli bələdiyyəsi) ilə əlaqədar olub.
Bildirilib ki, müraciətlə əlaqədar təqdim edilən seçki protokollarında məqsədli şəkildə müdaxilə edilərək saxtakarlığa yol verilib. Müraciəti edən namizədlə isə sonradan əlaqə saxlamaq mümkün olmayıb.MSK müraciəti əsasız sayıb.
Eyni zamanda, müraciət edən seçki subyektləri ilə bağlı materiallarda cinayət əlamətinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa təqdim edilməsi barədə qərar qəbul edilib.
Xatırladaq ki, yanvarın 29-da keçirilən bələdiyyə seçkilərində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
Oxşar xəbərlər
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib
Martın 2-si saat 21:00-dan 3 mart 00:00-dək "Astara" dövlət sərhəd buraxılış məntəqəsindən 50 nəfər təxliyə olunub. BAKU.WS "Report"a istinadən xəbər verir ki,...