Mövlud Çavuşoğlu: "Azərbaycan istəyərsə, dəstəkləməkdən çəkinməyəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycanın atəşkəs elan etməsi üçün Ermənistan işğal altında olan ərazilərdən çıxmalıdır.
BAKU.WS "Haber Global"a istinadən istinadən xəbər verir ki, bu sözləri Mövlud Çavuşoğlu Romada italiyalı həmkarı Luigi Di Maio ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət nəsə iş görmək istəyirsə, Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxarsın: "Azərbaycan istəsə, dəstəkləməkdən çəkinməyəcəyik. Azərbaycan öz torpaqlarını qorumaq üçün kifayət qədər gücə malikdir. Konkret olaraq Türkiyədən dəstək tələbi olmayıb.
Əgər bu problem həll edilməzsə və bizə hər hansı tələb daxil olarsa, bu dəstəyi verməkdən çəkinməyəcəyik. Bu münaqişənin həlli hər şeydən əvvəl Ermənistanın xeyrinə olacaq".
Oxşar xəbərlər
Hikmət Hacıyev: "Azərbaycan ATƏT-in Minsk qrupu çərçivəsində konkret danışıqların tərəfdarıdır"
Azərbaycan Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev Rusiya çıxan “Kommersant” (“Ъ”) qəzet...