Moskvaya dron hücumu olub - FOTO/VİDEO
24
iyl
2023
07:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 24-də səhər saatlarında Rusiyanın paytaxtı Moskva şəhərinə naməlum pilotsuz uçuş aparatları ilə hücum olub.
Bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Moskvanın bir çox rayonlarından partlayış səsləri eşidilib.
Şəhərin mərkəzində, Komsomolski prospektində dron qalıqları tapılıb. Həmçinin şəhər daxilindəki hərbi hissənin dron hücumuna məruz qaldığı da bildirilir.
Hadisədə ölən və ya yaralananların olmadığı deyilir.
__NEWL____NEWL__
Qalereya
Oxşar xəbərlər
Moskvaya PUA hücumu olub
Rusiyanın paytaxtı Moskva şəhərinin Yeni Moskva rayonuna PUA hücumu olub. BAKU.WS xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildi...