Moskvaya kütləvi dron hücumu necə təşkil olunub? - AÇIQLAMA

Moskvaya kütləvi dron hücumu necə təşkil olunub? - AÇIQLAMA
Siyasət 97

"Ukraynadan qaçqın kimi gələn şəxslər "beşinci kolon"un nümayəndələridir. Bu insanlar PUA-ları yığıb, o cümlədən Moskvaya tərəf buraxa bilər".

Bunu Rusiya Qəhrəmanı, aviasiya general-mayoru Sergey Lipovoy "NEWS.ru"ya açıqlamasında bildirib.

"Onların haradan uçduğunu təxmin etmək çətin deyil. Bizdə böyük sayda ukraynalılar var, qaçqın pərdəsi altında gəlmiş "beşinci kolon"un nümayəndələridir. Həmin şəxslər Ukraynadan qaçıb yaxın bölgələrdə, o cümlədən Moskva vilayətində məskunlaşıblar. Görünür, məhz bu yerlərdən, sıx məskunlaşma bölgələrindən buraxılışlar baş verir. Fikrimcə, qarajlarda, zirzəmilərdə, anbarlarda dronları hazırlayan şəxslər yaxın zamanda zərərsizləşdiriləcək" - deyə Lipovoy əlavə edib.

Paytaxt meri Sergey Sobyanin bildirib ki, Moskvaya qarşı düşmən dronlarının hücumlarını dəf etmək üçün yerləşdirilən çoxpilləli müdafiə sistemi bütün hədəfləri uğurla dəf edib.

Oxşar xəbərlər

İranın aviaparkı köhnəlib: Rəisinin ölümündə günahkar kimdir?

İranın aviaparkı köhnəlib: Rəisinin ölümündə günahkar kimdir?

İran hakimiyyəti mayın 20-də ölkənin şimal-qərbində baş verən helikopter qəzası nəticəsində Prezident İbrahim Rəisinin öldüyünü rəsmən təsdiqləyib. Faciənin baş...

334 Siyasət 22:57 20 may 2024

Son xəbərlər