Moskvada quş qripinə görə karantin elan edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvanın bir neçə rayonunda quş qripi ilə əlaqədar karantin elan edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Moskva şəhər meri Sergey Sobyanin sərəncam imzalayıb.
Məlumata görə, şəhərin Bratyevo, Kapotnya, Marino, Lyublino, Peçatniki, Moskvoreçye-Saburovo, Tsaritsıno, Şərqi Biryulyovo, Şimali və Cənubi Orexovo-Borisovo və Zyablikovo rayonlarında karantin elan edilib.
Paytaxtın bu ərazilərində karantin müddətində quşların və inkubasiya yumurtalarının idxalı və ixracı, quş yeminin tədarükü və ixracı, kənd təsərrüfatı yarmarkalarının keçirilməsi qadağan ediləcək.
Oxşar xəbərlər
İndi də "it qripi" gəlir
"Quş qripi mutasiyaya uğradı və itləri yoluxdurmağa başladı, indi də insanlara tərəf gəlir" və indi insanlara doğru gəlir". BAKU.WS “milli.az”a istinadən xarici...